Skip Global Navigation to Main Content
Skip Breadcrumb Navigation

Amerikanın Səsi - Xəbərlər Xidməti

SƏFİRLİYİN XƏBƏRLƏRİ

  • ABŞ Səfiri Robert Sekutanın Azərbaycanda Kiçik və Orta Bizneslərin inkişafına dair təşkil olunmuş konfransda etdiyi çıxışı

    Azərbaycanda kiçik və orta bizneslərin inkişafına dair təşkil olunmuş vacib konfransda iştirak etməkdən çox məmnunam. Keçən il təşkil olunan...   çıxışın tam mətni burada »

  • Sergey Maqnitskinin ölümünün 7-ci ildönümü ilə bağlı Jon Kirbinin bəyanatı.

    Bu gün biz, 2009-cu il noyabrın 16-da Moskva şəhərinin Butırka həbsxanasında Rusiya məmurlarına.....  bəyanatın tam mətni burada »

  • Azərbaycanda Giyas İbrahimovun ədalətsiz həbsi ilə bağlı Səfir Daniel Bayer tərəfindən ATƏT-ın Daimi Şurasında səsləndirilən bəyanat

    Oktyabırın 25-də N!DA hərəkatının fəalı Qiyas İbrahimova qanunsuz narkotik dövriyyəsi ittihamı əsasında on il müddətınə azadlıqdan məhrum olunması Birləşmiş Ştatları narahat edir. Sözügedən həbs geniş şəkildə siyası motivlər üzərində qərarlaşan təqib kimi qəbul olunur. Amnesti İnternational təşkilatı demişdir ki, həbsdə olduğu vaxt cənab İbrahimova ağır ittihamları etiraf etməsi üçün işkəngə verilmişdir.

    Birləşmiş Ştatlar Azərbaycan hökumətini ATƏT və digər beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə riayət etməyə çağırır. Biz həmçinin Azərbaycan hökumətini Qiyas İbrahimovu sağlam və demokratik cəmiyyət üçün önəmli olan söz və dinc toplantı azadlıqlarıda daxil olmaqla əsas azadlıqlardan yararlandıqlarına görə həbs olunan bütün şəxsləri azad etməyə çağırırıq.   »

  • ABŞ-ın Dövlət Departamenti: Birgə Təhqiqat Qrupunun Malaziya Hava Yollarının MH 17 reysi ilə uçan təyyarənin vurulmasına dair hesabatı

    Birləşmiş Ştatlar Birgə Təhqiqat Qrupunun Malaziya Hava Yollarının MH 17 reysi ilə uçan təyyarənin vurulmasına dair ara hesabatını alqışlayır. Qrupun hesabatında əks olunan tapıntılar Dövlət Katibi Kerrinin fəciə baş verəndən sonra etdiyi bəyanata uyğundur. Cənab Kerri demişdir ki, təyyarə Rusiya tərəfindən dəstəklənən və Ukrainanın şərqində separatçılar tərəfindən nəzarətdə saxlananan ərazidən BUK tipli raket ilə vurulmuşdur.

    Qrup həmçinin BUK qurğusunun faciədə öncə separatçılara Rusiyadan qətirilməsini və MH 17 reysli təyyarənin vurulduğundan sonra yenidən Rusiyaya qaytarılmasını araşdırmışdır.

    Faciədə əzizlərini itirmiş insanların kədərini paylaşdığımız bir zamanda biz həmdə sözügedən tapıntıların günahkarların ədalət qarşısına çıxarılmasında daha bir addım olduğunu bəyan edirik.

    Birləşmiş Ştatlar Birgə Təhqiqat Qrupu ilə işini davam etmək niyyətindədir.  

  • ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı

    Nyu-York, 22 sentyabr, 2016-cı il – ATƏT-in Minsk Qrupunun Həmsədrləri (Səfirlər, Rusiya Federasiyası - İqor Popov, Amerika Birləşmiş Ştatları - Ceyms Uorlik və Fransa - Pyer Andrö), eləcə də ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşik, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan müzakirələri davam etdirmək məqsədilə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində Ermənistan və Azərbaycanın Xarici İşlər Nazirləri ilə ayrı-ayrılıqda görüşmüşlər.

    Keçirilən görüşlər zamanı biz, son vaxtlar Vyanada (may) və Sankt Peterburqda (iyun) baş tutmuş zirvə görüşləri zamanı qəbul olunmuş qərarların həyata keçirilməsinə xüsusi diqqət yetirdik. Biz, xüsusilə həll yoluna gətirib çıxara biləcək substansial danışıqların irəliyə doğru aparılmasına əlverişli mühit yarada bilən əlavə addımları müzakirə etdik.

    Biz eyni zamanda tərəflər arasında müzakirə olunması mümkün olan təkliflər barəsində də fikir mübadiləsi apardıq.

    Bizim hökumətlərimiz müvafiq vaxtda Prezidentlərin və yaxud Xarici İşlər Nazirlərinin növbəti görüşünə ev sahibliyi etməyə hazırdırlar. Biz yaxın gələcəkdə regiona səfər etməyi planlaşdırırıq.  

  • Səfir Sekutanın ABŞ və Azərbaycana məxsus Milli Parklar Sistemlərinin təbii irsinin qorunması vacibliyi haqqında məqalə
    Səfir Sekutanın ABŞ və Azərbaycana məxsus Milli Parklar Sistemlərinin təbii irsinin qorunması vacibliyi haqqında məqalə

    Bizim uzunmüddətli rifahımız nəfəs aldığımız havanı, içdiyimiz suyu və hamımıza məxsus biomüxtəlifliyi qorumağımızdan asılıdır. Ümumi təbii irs Amerika Birləşmiş Ştatlarını, Azərbaycanı və dünya ölkələrini birləşdirir. Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən son zamanlar Naxçıvandakı Zəngəzur Milli Parkına etdiyim səfərlər zamanı ətraf mühitin qorunması naminə edilən səylərin şahidi olur və ABŞ-da bu il 100 illiyini qeyd edəcəyimiz milli parklar sistemi ilə paralellər aparıram.

    Milli parklar və qoruq əraziləri ümumi dəyərlərin gələcək nəsillər üçün qorunub saxlanıldığı yerlərdir. Parklar bütün dünyada ictimaiyyətə fayda verir və torpaq, dəniz və mədəni-tarixi dəyərləri ehtiva edir. Bu baxımdan, Azərbaycandakı parkların zənginliyi və biomüxtəlifliyi də istisna deyil. Onlar qiymətli sərvətlərdir, yarımsəhra şəraitinə malik Şirvan zonasından Hirkandakı yarpağı tökülən meşələrədək; Şahdağdakı gözəl yüksək dağlardan Xəzər Dənizinin Samur-Yalamadakı sahillərinə və Abşerondakı bataqlıqlaradək müxtəlif ekosistemləri əhatə edirlər. Ötən payız səfər etdiyim Göygöl sanki mənə ABŞ-ın şimal-şərq ərazilərini xatırlatdı. Azərbaycandakı 9 milli park, 11 dövlət parkı və 24 dövlət qoruğu müxtəlif vəhşi heyvanların, o cümlədən qartal, ceyran, ayı, canavar, maral və çöl donuzunun məskunlaşdığı ərazilərdir. Bəzi parklar qızılqazların və digər quşların köç marşrutları üzərində dayanacaq yerləri kimi məşhurdur. Parklar Azərbaycanlıların dəyər verdikləri müxtəlifliyi təcəssüm etdirir və bugünkü dünyamızda qorunub saxlanılmalıdır. Azərbaycandakı, o cümlədən Abşeron, Altıağac, və Şirvandakı bir sıra milli parklara etdiyim səfərlərdən yüksək zövq almağımın səbəblərindən biri də məhz budur. Həyat yoldaşım Ənn və mən əminliklə növbəti ildə bütün digər milli parklara səfər etmək niyyətindəyik

    Mən Amerika Birləşmiş Ştatlarının bu qlobal hərəkatda oynadığı roluna görə fəxr edirəm və Azərbaycandakı milli parklara hər səfərimdə ABŞ Milli Park Xidmətini təcəssüm etdirən bir sıra cəhətlərin şahidi oluram. Mən sizləri Azərbaycandakı parklara səfərlər etməyə və bu ölkənin zəngin irsinə məxsus mühüm təbii gözəllikləri seyr etməyə dəvət edirəm. Amerika Birləşmiş Ştatlarına səfər etmək imkanınız olduqda, “öz milli parkınızı tapa” (http://findyourpark.com) və həmçinin ölkəmizin təbii müxtəlifliyini aşkar edə bilərsiniz....  Məqalənin tam mətni... »

  • ABŞ-ın Dövlət Departamenti: Birləşmiş Ştatlar Natiq Cəfərlinin Azadlığa Buraxılmasını Alqışlayır

    Birləşmiş Ştatlar REAL hərakatının İcraçı Katıbi Natiq Cəfərlinin dünən azadlığa buraxılmasını alqışlayır.

    Biz Azərbaycan hökumətini fundamental azadlıqlardan yararlanmalarına görə həbs olunan digər şəxsləridə azadlığa buraxmağa çağırırıq. Eyni zamanda biz sentaybırın 26-da keçirilən konstitusiya referendumu qabağı açıq ictimai dialoqun keçirilməsini təşviq edirik.

    Biz Azərbaycan hökuməti ilə əlavə müsbət addımların atılması istiqamətində birgə işləmək ümidindəyik. 

  • Dövlət Katibinin Köməkçisi Con Kirbinin bəyanatı: "Beynəlxalq Respublikaçılar İnstitutunun və Media İnkişafı üzrə İnvestisiya Fondunun Rusiyada “arzuolunmazlar” edilməsi haqqında"

    Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) və Media İnkişafı üzrə İnvestisiya Fondunun (MDİF) “arzuolunmaz” təşkilatlar siyahısına daxil edilməsi barədə Rusiya hökumətinin qərarı bizi dərindən narahat edir. Bütün dünyada IRI və MDIF hökumətdə şəffaflığı, hesabatlığı və media azadlığını təşviq edir və bu prinsipləri Rusiya tərəfi də dəstəkləməli və əksinə onları boğmağa çalışmamalıdır.

    Rusiya xalqı şəffaf və hesabatlığı təmin edən idarəçiliyə, qanuna əsasən hər kəsə bərabər münasibətin göstərilməsinə layiqdir və onlar cəzalanacaqlarından qorxmadan öz hüquqlarından istifadə etmək imkanlarına malik olmalıdırlar. Biz bir daha Rusiya Hökumətini insan haqlarının və fundamental azadlıqların dəstəklənməsi və qorunması ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə, eləcə də Rusiyada fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının əhəmiyyətli fəaliyyətinə tətbiq edilən bu cür məhdudiyyətləri aradan qaldırmağa çağırırıq.  

  • Dövlət Katibi Con Kerrinin Ümumdünya Humanitar Yardım Gününə həsr olunmuş bəyanatı

    "Bu gün biz, həm yer kürəsində ən çox köməyə ehtiyacı olan insanlara yardım göstərərkən və onları müdafiə edərkən həyatlarını itirmiş, həm də zorakılıq və çətinliklərə qarşı hələ də qəhrəmancasına mübarizə aparan humanitar sahənin əməkdaşlarına böyük ehtiramımızı bildiririk. Qeyd etdiyimiz bu ilin mövzusu “Hərəyə Bir İnsanpərvərlik” kimi elan edilmişdir. Bu, bizim hər birimizdən birləşməyi, fəlakətlə üzləşmiş insanlara köməklik göstərmək kimi ortaq məsuliyyətimizi dərk etməyi tələb edir.

    İndi tarixin hər hansı bir dövründə olandan daha çox sayda insan öz evlərindən didərgin düşmüş və onların əksəriyyəti münaqişələr nəticəsində müxtəlif yerlərə səpələnmişlər. Bu münaqişələrin bir çoxunda bir-birləri ilə döyüşən tərəflər mülki insanları hədəfə almaqla və humanitar yardım əməliyyatlarına müdaxilə etməklə hətta insan ləyaqəti ilə bağlı olan fundamental qaydaları və beynəlxalq humanitar qanunları belə kobudcasına pozurlar. Onlar uşaqları qətlə yetirmiş, qadınları zorlamış və köləyə çevirmiş, şəhərləri mühasirəyə alıb qida təchizatından məhrum etmiş, humanitar yardım təşkilatlarının əməkdaşlarını oğurlayıb qətlə yetirmiş, yardım konvoylarını mühasirəyə alıb apardıqları yardımı qarət etmişlər.

    Yaranmış bu çətin vəziyyətdən çıxış yolları tapmaq üçün hökumətlər, donorlar, yardım təşkilatları, eləcə də adi vətəndaşlar birlikdə çalışırlar. Humanitar sahədə aparıcı rola malik olan liderlər ilk dəfə bu ilin yazında Ümumdünya Humanitar Sammitində bir araya gəldilər və burada humanitar yardım və inkişaf fəaliyyətlərinin koordinasiyasını gücləndirmək, ilk yardım göstərən yerli əməkdaşlara kömək etmək, qadınların və qızların müdafiəsini artırmaq, eləcə də hökumətlər və bir-biri ilə döyüşən qüvvələr tərəfindən beynəlxalq humanitar qanunların tələblərinin pozulmasının qarşısını almaq istiqamətində səyləri daha da artırmaq barədə öhdəlik götürdülər..."  Tam mətn »

  • ABŞ-ın Dövlət Departamenti: Azərbaycanda Baş Verən Olaylar Birləşmiş Ştatları Narahat Edir

    REAL (Respublika Alternativi) Hərəkatının İcraçı Katıbı Natiq Cəfərlinin avqustun 12-də həbs olunması xəbəri Birləşmiş Ştatları narahat etmişdir. Həmçinin digər bir neçə fəalın Azərbaycanda həbs olunması bizi narahat etmişdir. Biz Azərbaycan hökumətini fundamental hüquqlardan yararlanmalarına görə həbs olunan fəalları azadlığa buraxmağa və vətəndaşların fundamental hüquqlarına hörmətlə yanaşmağa çağırırıq. Biz Azərbaycan hökumətini, xüsusilə 26 sentyabr konstitusiya referendumu ərəfəsində dövlətin tutduğu istiqamətə dair açıq ictimai dialoqun inkişafına imkan yaratmağa çağırır, konstitusiya dəyişiklərınə dair birgə rəyin alınması üçün onları Venesiya Komissiyası və ATƏT-ın Demokratik Təsisatlar və İnsan Haqqları Ofisinə təqdim etməyə təşviq edirik.  

  • 2016 il üçün Maliyyə Şəffaflıq Hesabatı - Azərbaycan

    İyulun 28 ABŞ Dövlət Departamenti 2016 il üçün Maliyyə Şəffaflığı Hesabatını açıqlamışdır. Hesabatda Azərbaycanın budcəsinə dair malumatlar və həmçinin təbii sərvətlərin işlənməsinə üçün dövlət kontraktlarının və lisenziyaların verilməsi prosesləri öz əksini tapmışdır. Hesabat Azərbaycan tərəfindən maliyyə şəffaflığının təminatı istiqamətində etdiyi mühüm irəliləyişi qeyd edir and ABŞ hökumətinin Azərbaycanın sözügedən sahədə etdiyi səylərə yüksək qiymət verdiyini vurğulayır. Maliyyə şəffaşlığı vətəndaşlara budcə barədə məlumat verərək hökumətin məsuliyyətinin və daha fəal ictimai müzakirələrin gücləndirilməsinə təkan verir. İctimai maliyyə idarəçiliyinin vacib bir elementi olan maliyyə şəffaflığı bazarda etimadın gücləndirilməsi və iqtisadi davamlılığın möhkəmlənməsində vacib rol oynayır.    »

  • İnsan Alverinə Qarşı Mübarizə Dünya Gününə həsr edilmiş ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan nümayəndiliyinin direktoru xanım Mikaela Mereditin nitqi
    İnsan Alverinə Qarşı Mübarizə Dünya Gününə həsr edilmiş ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan nümayəndiliyinin direktoru xanım Mikaela Mereditin nitqi

    Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi General Əsədullayev, Naxcıvan Avtonom Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya şöbəsinin rəisi polkovnik Tağiyev, BMT-nin Rezident Koordinatoru cənab İsakzai, Avropa Şurası Ofisinin rəhbəri səfir Draqanoviç, Cənub Şərgi Avropa, Şərgi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Beynəlxalq Miqrasiya Təşkilatının Regional Direktoru xanım Szabados, ölkə üzrə direktoru cənab Sərxan Aktoprak, digər hörmətli qonaqlar, xanımlar və cənablar, sabahınız xeyir.

    Mən, İnsan Alverinə Qarşı Dünya Mübarizə gününə həsr olunmuş tədbirinə qatılmağıma çox şadam.

    ABŞ Azərbaycanla və digər olkələrlə birgə illərdir hazırda quldarlıq forması hesab edilən insan alverinə qarşı mübarizə aparır.    »

  • Ramazan Bayramı münasibətilə Prezidentin bəyanatı

    "Yeni ayın görünməsi ilə Birləşmiş Ştatlarda və dünyanın müxtəlif yerlərində Ramazan Bayramını qeyd edən hər bir kəsə Mişel və mən ən səmimi arzularımızı çatdırırıq.

    Amerikalı müsəlmanlar üçün Ramazan ayı 30 gün oruc tutmaqla keçmişə nəzər salmaq və minnətdarlıq, mərhəmət, səxavətlilik kimi dəyərləri daha da gücləndirmək üçün bir fürsətdir. Dünyanın müxtəlif yerlərində bu əlamətdar hadisə qonşularda və evlərdə günün erkən saatlarından başlayır, ailə üzvləri ibadət və bayram şənliklərini qeyd etmək üçün ən yeni libaslarını geyinirlər. Evlər bəzək əşyaları və fənərlərlə bəzədilir. Hədiyyələr hazırlanır və balaca uşaqlara vermək üçün ayrılmış pullar zərflərin içərisinə qoyulur. Hər şeydən əvvəl Ramazan, sevdiklərinlə bir araya gəlib bayramı qeyd etmək üçün bir imkandır

    Amerikalı müsəlmanlar da bizim millətimiz kimi müxtəlifdirlər – qara dərili, ağ dərili, latın amerikalılar, asiyalılar və ərəblər. Ölkənin müxtəlif yerlərində qeyd olunan Ramazan Bayramı bizə müxtəlif mənşəli insanların birlikdə qurduğu qürurlu tariximizi, dini etiqad azadlığı və vətəndaş azadlıqları tariximizi, eləcə də innovasiya və əzmkarlıq tariximizi xatırladır. Amerikalı müsəlmanların ölkəmizin daha da güclənməsi istiqamətində verdikləri töhfə olmasaydı, bu irs də formalaşa bilməzdi..."  Tam mətn »

  • Dövlət Katibi Kerri Ermənistan Prezidenti Sarqsyan və Azərbaycan Prezidenti Iliyevlə Zənq Edib

    Dövlət Katibinin Sözçüsü Jon Kirbi deyib ki, ABŞ-ın Dövlət Katibi Jon Kerri iyunun 30-da Ermənistan Prezidenti Serj Sarqsyan və Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb...  burada oxuyun »

  • ABŞ Səfirinin İİftar Tədbirində Etdiyi Çiıxışı

     

  • Birləşmiş Ştatlar Jurnalist Xədicə İsmayılovanın Azadlığa Buraxılmasını Alqışlayır

    ABŞ Azərbaycan Ali Məhkəməsinin tədqiqatçı jurnalist Xədicə İsmayılın şərti cəza ilə azad edilməsi barədə qərarını alqışlayır. Biz buna müsbət addım kimi baxırıq. Azərbaycan hökumətini Xədicə İsmayılovaya qarşı qalan ittihamları da ləğv etməyə təşviq edirik. Azərbaycan söz azadlığı və siyasi fəaliyyət şəraitini genişləndirməyi davam etdirdikcə, bu yalnız Azərbaycanı və ikitərəfli münasibətlərimizi gücləndirəcək. 

  • Dövlət Katibi Con Kerrinin Bəyanatı: Azərbaycanın Respublika Günü Münasibətilə

    Vaşinqton, 24 may, 2016

    Prezident Obama və Amerika xalqı adından Azərbaycan xalqını 28 may, Respublika Günü münasibətilə təbrik edirəm.

    25 ildən artıqdır ki, bizim dövlətlərimiz artıq həm Avropa daxilində həm də Avropa hüdudlarından kənarda təhlükəsizlik və tərəqqi uğrunda birgə çalışır. Birləşmiş Ştatlar Azərbaycan vətəndaşlarının dinc və sabit gələcəyini təmin etmək üçün iqtisadi imkanlarının inkişafına dair tədbirləri təşviq edir və dəstəkləyir.

    Azərbaycan Avropa bazarına enerji daşıyıcılarının tədarükçüsü kimi mühüm rol oynayır və ABŞ Azərbaycanın regionda enerji diversifikasiyasının genişləndirilməsi istiqamətində səylərini tam dəstəkləyir. ABŞ terrorçuluğa qarşı mübarizədə və transmilli məsələlərdə Azərbaycanla sıx əməkdaşlığı yüksək qiymətləndirir. Birləşmiş Ştatlar əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dəstək verməkdə sadiqdir.

    Bu xüsisi gündə mən bütün Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. 

  • ABŞ səfirliyi Silk Way Airlines şirkətinin təyyarəsi ilə baş vermiş faciə qurbanlarının ailələrinə başsağlığını bildirir

    Biz Əfqanıstanda Silk Way Airlines şirkətinin təyyarəsi ilə baş vermiş faciə qurbanlarının ailələrinə dərin başsağlığı veririk! Amerika Birləşmiş Ştatları Silk Way şirkətinə və Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına hadisə yerinə keçidin əldə edilməsi üçün köməklik göstərir və bundan savayı yerdə də mümkün dərəcədə hər hansı bir istənilən sahədə yardım edəcək. Biz bu barədə digər şəhrləri Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına həvalə edirik. 

  • Rusiya Federasiyasının Xarici İşlər Naziri, ABŞ-ın Dövlət Katibi və Fransanın Avropa Məsələləri üzrə Dövlət Katibinin birgə bəyanatı

    Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov, ABŞ-ın Dövlət Katibi Con Kerri və Fransanın Avropa Məsələləri üzrə Dövlət Katibi Harlem Desir ƏTAT-ın Minsk Qrupunun həmsədr dövlətlərini təmsil edərək bu gün Ermənistan Prezidenti Serj Sarqsyan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair müzakirələr aparıblar.

    Onlar qeyd ediblər ki, münaqişənin hərbi yol ilə həlli yoxdur. Həmsədrlər həmçinin 1994 və 1995 illərdə əldə olunana atəşkəs razılıqlarına riayət olunmasının vacibliyini vurğulayıblar.

    Prezidentlər ətaşkəsin qorunmasına və münaqişənin sülh həllinə dair üzərinə götürdükləri öhdəlikləri yenidən vurğulayıblar. Onlar həmçinin gələcək gərginliyin artmasının riskinin azaldılması üçün ən qısa vaxtda ATƏT-ın araşdırıcı mexanizminin yekunlaşdırılmasına razılaşıblar. Prezidentlər mövcud olan ATƏT-ın Şəxsi Nümayəndəsinin ofisinin genişləndirilməsinədə razılıq veriblər. Son olaraq onlar 2014-cü ilin oktyabrında əldə olunmuş razılığa əsasən Qizil Xaç Komitəsi vasitəsilə itkin düşən şəxslər barədə məlumatların mübadiləsini davam etdirməyə razılıq verdilər.

    Prezidentlər münaqişənin geniş həllinə dair danışıqların növbəti mərhələsini iyun ayında uyğun olan məkanda davam etdirməyə razılaşıblar.   »

  • Azərbaycan Dövlət Filarmoniyasında keçirilən Amerika Günləri Festivalının açılış tədbirində ABŞ Səfirinin çıxışı

    "Axşamınız xeyir! Xoş gəlmisiniz! Bu gözəl binada “Amerika günləri”nin açılışında sizi görməyə şadıq.

    Səfir qismində fəaliyyət göstərən şəxsin işinin xoş bir bir hissəsi məhz təmsil etdiyi və işlədiyi dövlətlərin arasında körpülərin yaradılmasıdır.

    Son il ərzində öyrəndim ki, Birləşmiş Ştatlar və Azərbaycan arasında çoxsaylı oxşarlıqlar var. Bunları biri məhz müxtəlif etnik qrupları, dinləri, və mədəni ənənələri təmsil edən insanların birgə yaşayaraq bir birlərinin ənənələrini qəbul etmələridir..."   »

Amerika Günləri

  • Amerika Günləri

BİZİ İZLƏYİN

  •            


Bloq

  • Bloq

20 illik dostluq

Təhsildə Partnyorlarımız

ATƏT-ın Minsk Qrupu

  • Minsk Qrupu — Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur. Hal-hazırda qrupun üç – Rusiya, ABŞ və Fransa həmsədrləri var.